Stansiyalar, ödəniş sistemi ilə əlaqəli olmaqla, qurğu barədə telemetriyyanı severə ötürməyə, sərfiyyatı ölçməyə, çıxış yükünü idarə etməyə imkan verir.
Korpus, hazırladığım WEB tətbiqi üzərindən, korpusun materiallarını tam idarə etməyə, ayırı-ayrı elementlərin brauzerdə görüntüsünü idarə etməyə və hətta dizaynı köklü dəyişməyə, sayt daxilində çarpaz linklər yaratmağa imkan verir ki, bu da tədqiqat saytı üçün vacibdir.
Servis, 20 000 adda malı millisaniyələr ərzində Excel fayldan yükləməyə və indeksasiya etməyə imkan verir. Bundan sonra, istifadəçi servisinə bağlı Telegram botu, müştərilərin sorğularına avtomatik şəkildə 7/24 cavab verməyə başlayır.
Bu, zəruriyyət yarandıqda, müəyyən xarici cloud-a bağlı smart sistemləri tələbata uyğun, daha əlçatan avadanlıqlarla hissə-hissə əvəz etməklə, bütövlükdə sistemin iş qabiliyyətini saxlamağa imkan verir. Nəticədə, sistemi bütövlükdə dəyişmək əvəzinə, onun sıradan çıxmış hissəsini dəyişir, və ya onu genişləndiririk ki, bu da gözəçarpan dərəcədə qənaətə imkan verir.